Mütəxəssislər laboratoriya şəraitində kiçik beyin yetişdiriblər


Digərləri 20 Noy 2017 21:39:00 290 0

Mütəxəssislər laboratoriya şəraitində kiçik beyin yetişdiriblər

Sinqapur mütəxəssisləri laboratoriya şəraitində üç millimetr uzunluğunda miniatür beyin yetişdiriblər və ondan Parkinson xəstəliyinin təbiətini, həmçinin əsəb sisteminin digər pozuntularını öyrənməkdə istifadə edilməsi nəzərdə tuturlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, alimlər ilk dəfə neyromelanin istehsal edən sinir hüceyrələri yaratmağa nail olublar. Bundan başqa, yetişdirilmiş minibeyində dofaminerqik neyronlar uğurla fəaliyyət göstərir. Minibeyin kiçik ölçülərə malik olmasına baxmayaraq, eynilə insandakı kimi inkişaf edir, beyin hüceyrələri arasında davamlı əlaqələr yaranır.

Bioloqlar insan beyninin miniatür surətindən bir sıra sınaqlar zamanı meydana çıxan, eləcə də yeni tibbi preparatların yaratdığı əlavə təsirləri də öyrənə biləcəklər.