Azərbaycan soğan toxumunu niyə xaricdən alır?


Digərləri 20 Noy 2017 21:36:00 300 0

Azərbaycan soğan toxumunu niyə xaricdən alır?

Azərbaycanda soğan təsərrüfatında yerli toxumdan az istifadə olunur.

Son.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında Ağdam rayonundan olan sahibkar Nadir Hacıyev deyib.

Onun sözlərinə görə, ölkədə ən çox soğan təsərrüfatı ilə məşğul olan rayon Ağdam olsa da, bu rayonda yerli toxumdan istifadə olunmur: "Əsasən toxumu Türkiyədən gətiririk. Səbəb isə həmin toxumun məhsuldarlığının çox və xəstəliklərə davamlı olmasıdır. Rayonda yerli soğan toxumlarının yetişdirilməsi ilə məşğul olanlar var idi. Lakin həmin toxumların məhsuldarlığı az idi".