Bir pasiyentim ayrıldığı şəxsi 20 il axtarıb Keçmiş sevgilini unutmaq üçün PSİXOLOQDAN MƏSLƏHƏTLƏR


Digərləri 20 Noy 2017 21:27:00 329 0

Bir pasiyentim ayrıldığı şəxsi 20 il axtarıb  Keçmiş sevgilini unutmaq üçün PSİXOLOQDAN MƏSLƏHƏTLƏR

Son.az Ailə və qadın problemləri üzrə həkim-psixoloq İlhamə Balakişiyevanın medicina.az-a müsahibəsini təqdim edir.

- İlhamə xanım, xüsusən gənclər arasında belə bir söz yayılıb ki, birinə  bağlanmaqla sevgi fərqli-fərqli şeylərdir. Bağlandığın adamdan uzaqlaşanda onu tez unutmaq olur. Lakin sevdiyini unutmaq çətindir. Bağlanmaq və sevgi həqiqətən də ayrı məfhumlardı? Elədirsə, necə fərqləndirməli?

- Sevgi bəşəriyyətin təməlində var. Bu hiss insana ana bətnində verilir. Sevgi varsa, ayrılıq da, unutmaq da var. Emosional yaş dövründə olan sevgilər tamamilə fərqlidir. Yəni 15-20 yaş aralığında olan insanların sevgisi emosional bağlantı ola bilər. Hər bağlantı sevgi deyil. İnsanların yaşam tərzinə, böyüdüyü ailədən, təhsil aldığı məktəb mühitindən və s. asılı olaraq sevgiyə münasibətləri fərqli olur. Emosional bağlantı ilə sevgini fərqləndirmək lazımdır. 15-20 yaş arası insanlarda əksər zaman emosional sevgi olur və əksər zaman da belə qurulan ailələr dağılır. 20 yaşında tanış olan gəncin sevgilisindən ayrılması daha çətindir. Bağlantı daha çox fəsad verir. Sevgi bağlantıdan daha gözəl, yumşaq hissdir. Bağlantı fəsaddır, hiss deyil, köçürmədir.

- Keçmiş sevgilisini unutmağa çalışan zaman gənclərin etdiyi ən böyük səhvlər nədir?

- Emosiya üzərində qurulan sevgilərdə səhvlər çox olur. Bəzən gənclər ayrılır, bir-birinə acıq vermək üçün başqaları ilə tanış olur. Sonra keçmiş sevgililər yenidən birləşmək istəsələr də, alınmır. Qız oğlanı bağışlaya bilsə də, oğlan edə bilmir, çünki artıq qızı başqa şəxslə görüb. Gənclər başa düşmür ki, ayrılmaq belə insanın əmlakıdır. Keçmiş sevgilini yenisi ilə unudanlar, yaxud unutmaq istəyənlər böyük səhv edir. Dərindən bir-birini sevən gənclər bəzən ayrılır və gözləmədən başqası ilə evlənməyə qərar verirlər. 5-6 aydan sonra isə ayrılırlar. Sonra təkrar keçmiş sevgilisi ilə görüşmək qərarına gəlir.

Elə pasiyent olub ki, 20 il öncə sevgilisindən ayrılıb. Sonra illərlə hər iki tərəf bir bir-birini axtarıb. Buna səbəb emosional bağlantının qırılmamasıdır. Hər yaş dövrünün psixoloji vəziyyəti fərqlidir.

- Bəs keçmiş sevgilini necə unutmaq olar?

- Mən ayrılmağın tərəfində deyiləm, ancaq bu hal yaşansa belə öyrəşirsən. Bir nəfər ayrılıqdan sonra heç kimlə tanış ola bilmirsə, boşluq dolmursa, bu, çətin olur. Əgər tanışlıqlar qura bilirsə, ətrafı ilə danışırsa, belə halı həll etmək daha asandır. Unutmaq üçün zaman, səbəblər var. Biri kitab oxuyaraq, biri gəzərək, digəri yeni tanışlıqla və s. unutmağı öyrənir. Hər şəxsin özünəməxsus düşüncəsinə görə unutmağın üsulları da dəyişir.

- Unutmaq üçün sevmədiyi biri ilə evlənmək hər şeyi düzəldə bilərmi?