Dönər aparatının üzərində ət yerinə siçanlar Bakıda VİDEO


Digərləri 20 Noy 2017 21:18:00 305 0

Dönər aparatının üzərində ət yerinə siçanlar  Bakıda  VİDEO

Dönər aparatının üzərində ət yerinə siçanlar var. Aparatın üzərinə çıxan siçanlar ət qırıntılarını yeyir. Daha sonra dönərin hazırlandığı stolun üzərində o yana, bu yana qaçır.

Görüntülər o qədər ürəkbulandırıcıdır ki, şam yeməyinin vaxtı olduğundan həmin kadrların üzərini bağlayaraq təqdim edirik.

Son.az bildirir ki, şok yaradan və ürəkbulandırıcı bu kadrlar paytaxtın Nəsimi rayonu, Səməd Vurğun və Puşkin küçələrinin kəsişməsində yerləşən dönərxanlardan birində çəkilib.

Elə bu görüntülər əsasında biz də sözügedən dönərxanaya getdik. Hansı səbəbdən getdiyimizi biləndən sonra, oranın sahibi və işçilər suallarımızı cavablandırmayaraq qaçdılar.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, sözügedən dönərxana sanitar-texniki tələblərə cavab vermir. Bu isə bu tipli dönərxanalardan bir sıra qarşısı alınmaz yolxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər.