Bu il Azərbaycanda ət istehsalı artıb


Digərləri 20 Noy 2017 20:34:00 244 0

Bu il Azərbaycanda ət istehsalı artıb

2017-ci ilin yanvar oktyabr aylarında Azərbaycanda 405,2 min ton diri çəkidə ət istehsal edilib.

Son.az Trend-ə istinadən bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il ət istehsalı 3,4 faiz artıb.

Həmçinin bu il ərzində ölkədə süd istehsalı 0,6 faiz artaraq 1682,8 min ton, yumurta istehsalı 7,5 faiz artaraq 1 milyard 446,6 milyon ədəd, yun istehsalı isə 4,0 faiz azalaraq 15,8 min ton olub.