"Onun köməyinə ehtiyacım yoxdur" Rasim Balayev


Digərləri 20 Noy 2017 20:35:00 318 0

"Onun köməyinə ehtiyacım yoxdur"  Rasim Balayev

Xalq artisti Rasim Balayev bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaydığı açıqlamaya münasibət bildirib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, aktyor Şəfiqə Məmmədovanın və rəhbərlik etdiyi qurumun köməyinə ehtiyacı olmadığını bildirib:

"Onlarla heç bir əlaqəm yoxdur. Nə deyim? Deyirlər ki, səhhətimlə bağlı mənimlə əlaqə saxlanılıb. Belə bir şey yoxdur, mənə zəng vurmayıblar. Heç onlardan kömək gözləmirəm. Biri var gözləyəsən, kömək umasan. Daha doğrusu, Şəfiqə Məmmədovadan kömək ummuram..."