Fransa millisi və "Arsenal"ın sabiq müdafiəçisi karyerasını bitirdi


İdman 20 Noy 2017 20:13:00 279 0

Fransa millisi və "Arsenal"ın sabiq müdafiəçisi karyerasını bitirdi

Fransa millisinin sabiq müdafiəçisi Sebastyan Skilaççi karyerasını başa vurub. Goal.az xəbər verir ki, 37 yaşlı futbolçu "J+1" kanalına açıqlamasında qərarını elan edib.

2016-cı ilin oktyabrında Skilaççinin diz vətərlərində qopma aşkarlanmışdı. Onun butslarını mismarda asacağı gözlənildiyi bir vaxtda Skilaççi zədəsini sağaltmış, hətta ötən yay "Bastia" ilə müqaviləsini 1 il uzatmışdı. O, karyerası ərzində "Monaco", "Lyon", "Arsenal", "Sevilla" kimi klublarda forma geyinib. Skilaççi 21 dəfə Fransa millisinin hryətində meydana çıxıb.