Astarada 29 yaşlı kişinin meyiti meşədə asılmış vəziyyətdə tapılıb


Sosial 20 Noy 2017 19:24:49 268 0

Astarada 29 yaşlı kişinin meyiti meşədə asılmış vəziyyətdə tapılıb

Faktla bağlı araşdırmalara başlanılıb

Astara rayonunda 29 yaşlı kişi meşədə asılmış vəziyyətdə tapılıb. 

"Report"un Cənub bürosunun məlumatına görə, rayonun Şümrüd kənd sakini, 1988-ci il təvəllüdlü Vasif Cavad oğlu Musayev səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb.

Onun geri qayıtmamağından və telefon zənglərinə cavab verməməyindən narahat olan ailə üzvləri axtarışa başlayıb. V.Musayev axtarış zamanı evlərinə yaxın meşə ərazisində ağacdan asılmış vəziyyətdə ölü tapılıb.

Faktla bağlı Astara rayon prokurorluğunda araşdırmalara başlanılıb.