Sabah Bakının bu rayonunda qaz olmayacaq


Digərləri 20 Noy 2017 19:20:00 238 0

Sabah Bakının bu rayonunda qaz olmayacaq

Bakı şəhə Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Son.az bildirir ki, "Azəriqaz" İB-dən Trend-ə verilən məlumata görə, "Azəristiliktəchizat" ASC-yə məxsus qazanxananı təbii qazla təmin edən diametri 159 mm-lik orta təzyiqli qaz xətti üzərində quraşdırılmış siyirtmənin yenisi ilə əvəzlənməsi zəruriyyəti ilə əlaqədar, 21 noyabr 2017-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.