Beynəlxalq Muğam Mərkəzində "Muğamat var olan yerdə" layihəsinin növbəti konserti keçiriləcək


Kriminal 20 Noy 2017 18:24:00 304 0

Beynəlxalq Muğam Mərkəzində "Muğamat var olan yerdə" layihəsinin növbəti konserti keçiriləcək

Noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində,Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının  və Beynəlxalq Muğam Mərkəzinin "Muğamat var olan yerdə" birgə layihəsi şərşivəsində III Muğam müsabiqəsinin qalibi Səbinə Ərəblinin konserti keçiriləcək.

Konsertdə Səbinə Ərəbli "Şur" təsnifini,"Kəsmə şikəstə","Qəlbimin səsi"(Pikə Axundova,"Dünya"(Oktay Kazımi),"Süzən qızlar"(C.Cahangirov),"El yolunda(Ələkbər Tagiyev),"Səni sevən baxışlar"(Ramiz Mirisli)adlı mahniları səsləndirəcək.

Gecədə xanəndəni Ələkbər Ələkbərovun rəhbərliyi ilə "Uğur" ansamblı müşayiət edəcək.