Cəbhəboyu zonada komandaqərargah hərb oyunlarının döyüş atışlı mərhələsi keçirildi FOTO


Digərləri 20 Noy 2017 17:45:00 274 0

Cəbhəboyu zonada komandaqərargah hərb oyunlarının döyüş atışlı mərhələsi keçirildi  FOTO

Komanda-qərargah hərb oyunları çərçivəsində cəbhəboyu zonada yerləşən müxtəlif təlim poliqonlarında qoşunların praktiki fəaliyyəti yoxlanılaraq döyüş atışları icra edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, ssenariyə əsasən bir neçə hissədə yerinə yetirilən təlimlərin əsas mərhələsində hücum əməliyyatları zamanı qoşunların qarşılıqlı əlaqəsi, hərtərəfli təminatı, idarəetmənin təşkili və digər taktiki fəaliyyətlər yerinə yetirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov komanda-qərargah hərb oyunlarına cəlb edilən şəxsi heyətin peşəkarlığını və qarşıya qoyulan bütün tapşırıqların müvəffəqiyyətlə icra edilməsini yüksək qiymətləndirib.


Xəbərə aid fotolar