İmtahanda aşağı bal toplayan gənc İNTİHAR ETDİ


Digərləri 20 Noy 2017 17:31:00 307 0

İmtahanda aşağı bal toplayan gənc İNTİHAR ETDİ

Ağdam rayonunda intihar hadisəsi olub. 

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Çəmənli kəndində baş verib. Kənd sakini, 2001-ci il təvəllüdlü Rzayev Qığılcım Habil oğlu yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar edib.

İlkin məlumata görə, o, ali məktəbə qəbul olmaq üçün rayonda fəaliyyət göstərən hazırlıq kurslarından birinə gedirmiş. Q.Rzayev kurs imtahanında aşağı bal topladığı üçün intihar edib.