Taksi sürücüsünü aldadan dələduz ağladı: "Bir nəfərə pul verməliyəm" VİDEO FOTO


Digərləri 20 Noy 2017 17:27:00 269 0

Taksi sürücüsünü aldadan dələduz ağladı: "Bir nəfərə pul verməliyəm"  VİDEO  FOTO

Binəqədi Rayon Polis İdarəsinə taksi fəaliyyəti ilə məşğul olan Elçin Bayramov müraciət edərək bildirib ki, noyabrın 16-da özünü Türkiyə vətəndaşı kimi təqdim edən Ayhan adlı şəxsi müştəri qismində əvvəlcə Sumqayıt şəhərinə daha sonra isə Bakı Beynəlxalq Avtovağzalına aparıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, Sumqayıt şəhərində həmin şəxs ona bildirib ki, üzərində 100 dollar var və ona təcili 25 manat lazımdır.

Taksi sürücüsündən həmin pulu alan "Ayhan" pulu xırdalayıb, 25 manatı və gediş haqqını ödəyəcəyini bildirib. Avtovağzal ərazisində isə həmin şəxs taksi sürücüsünün mobil telefonunu da dələduzluq yolu ilə alaraq hadisə yerindən uzaqlaşıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Tehran İsmayılov saxlanılaraq istintaqa təqdim olunub. Araşdırma zamanı Tehran İsmayılovun daha bir taksi sürücüsünün 100 manat pulunu dələduzluq yolu ilə mənimsədiyi də məlum olub.

Tehran İsmayılov - Saxlanılan şəxs: "100 dolları xırdalamaq adıyla almışam. Telefonu da şəkil çəkmək adıyla götürmüşəm. Birindən də 100 manat almışam. Deyirəm ki, bir nəfərə pul verməliyəm, ver mənə, sonra sənə xırdalayıb verərəm".


Xəbərə aid fotolar