Yığmamızın “Böyük Dəbilqə” üçün heyəti açıqlandı


İdman 20 Noy 2017 17:16:00 382 0

Yığmamızın “Böyük Dəbilqə” üçün heyəti açıqlandı

Noyabrın 23-də Çinin Usi şəhərində start götürəcək taekvondo üzrə “Böyük Dəbilqə” beynəlxalq açıq turniri üçün Azərbaycan yığmasının heyəti açıqlanıb.

Goal.az-ın məlumatına görə, iki gün davam edəcək turnirdə 8 idmançı mübarizə aparacaq. Bu gün baş məşqçi Reza Mehmandust və böyük məşqçi Rəşad Əhmədovun rəhbərliyi altında səfərə çıxacaq kollektivdə Qaşım Maqomedov, Əli Məmmədov (hər ikisi 58 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov, Əliəsgər Əliyev (hər üçü 68 kq), Səid Quliyev (80 kq), Ramin Əzizov və Payam Qobadi Oğaz (hər ikisi +80 kq) yer alıb.

Qeyd edək ki, olimpiya çəki dərəcələri üzrə təşkil edilən G1 kateqoriyalı təsnifat turnirinin mükafatçıları dekabrın sonlarında keçiriləcək “Böyük Dəbilqə” seriyalı yarışlara lisenziya əldə edəcəklər.