"Qalan pulları xərclədim" 4 min manatlıq dələduzluq edən şəxs VİDEO FOTO


Digərləri 20 Noy 2017 17:10:00 289 0

"Qalan pulları xərclədim"  4 min manatlıq dələduzluq edən şəxs  VİDEO  FOTO

Qusarda dələduzluqla məşğul olan şəxs saxlanılıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, o, müxtəlif vaxtlarda sakinlərin etibarından istifadə edərək onlara 4 min manata yaxın maddi ziyan vurub.

Qusar RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fərqli vaxtlarda rayon ərazisində ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara maddi ziyan vuran şəxs saxlanılıb. Rayonun Cibir kənd sakini Məhəmməd Qurbanov şübhəli şəxs qismində saxlanılaraq PŞ-nə gətirilib.

Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, O, avqustun 7-də Qusar Gedəzeyxur kənd sakininə məxsuz 4500 kq buğdanı 1800 manata razılaşaraq alıb, lakin sonra kənd sakininə pulu ödəməyərək dələduzluq etmişdir. Avqusutun 8-də isə rayonun İmamaqulukənd kəndində yenə həmin usulla kənd sakini aldadaraq, 2840 kq buğdanı 852 manata alaraq pulu ödəməkdən boyun qaçırıb.

Məhəmməd Qurbanov (saxlanılan şəxs): "Onların qiyməti aşağı düşmüşdü. Həmin qiymətə satdım. Bəzilərinin pulunu qaytardım, bəzilərinin isə yox. Qalan pullar da xərcləndi".


Xəbərə aid fotolar