Rusiya XİN başçısı Moskva vilayətində uşaqları xilas edən azərbaycanlının atasına medal təqdim edib


Siyasət 20 Noy 2017 16:20:05 319 0

Rusiya XİN başçısı Moskva vilayətində uşaqları xilas edən azərbaycanlının atasına medal təqdim edib

21 yaşlı Salam Nağıyev 2013-cü ildə Lyubertsı rayonunda batan uşaqları xilas edərkən faciəli şəkildə ölüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya səfəri çərçivəsində Moskva vilayətində çayda batan uşaqları xilas edən Salam Nağıyevin atası ilə görüşüb.

"Report" xəbər verir ki, nazir Rusiya Fövqəladə Hallar Nazirliyinin "Sularda ölüm ayağında olanların xilasına görə" medalını mərhum S.Nağıyevin atasına təqdim edib.

Xatırladaq ki, 21 yaşlı Salam Nağıyev Lyubertsı rayonunda Pexorki çayının yaxınlığında gəzərkən çayda yardım istəyən üç qız uşağı görüb. Bir an belə düşünmədən onları xilas etmək üçün özünü çaya atan Salam onları xilas etsə də, özü çaydan sağ çıxa bilməyib.

Qeyd edək ki, S.Nağıyev 2013-cü ildə Rusiyaya atasını görmək üçün gedibmiş.