Ən məşhur qatil öldü TƏFƏRRÜAT FOTO


Digərləri 20 Noy 2017 16:17:00 304 0

Ən məşhur qatil öldü  TƏFƏRRÜAT  FOTO

O, yaratdığı və 1969-cu ildə bir sıra qəddar qətllər törətmiş kommunasının işi ilə bağlı ömürlük həbs cəzası almışdı.

O, ABŞ-ın Kaliforniya ştatındakı Korkoran dövlət həbsxanasında (Corcoran State Prison) cəza çəkən 83 yaşlı amerikalı Çarlz Menson idi.

Son.az CBS-ə istinadən bildirir ki, ötən həftə Ç.Mensonun səhhəti qəflətən pisləşmişdi və o, 5 polisin mühafizəsi altında Kaliforniya ştatındakı Kern Kauntidə, Beykersfild şəhərində yerləşən hospitala aparılmışdı.

İlin əvvəlində də Mensonun durumu ağırlaşmışdı, əməliyyata ehtiyac duyulurdu. Lakin həkimlər "məhbus çox zəifdir" deyərək onun hospitala aparılmasına etiraz etmişdilər.

Çarlz Menson "Ailə" (Family") kommunasının banisi və rəhbəri idi. "Ailə" 1969-cu ildə 7 nəfəri, o cümlədən məşhur kinorejissor Roman Polanskinin arvadını, hamiləliyin 8-ci ayında olan Şeron Teyti qətlə yetirmişdi.

Həvəskar gitaraçı, "Beach Boys" qrupunun iştirakçısı olmağa çalışmış Çarlz Mensonun "Ailə"sinin üzvləri narkomanlara çevrilmişdilər və İblisə sitayiş edirdilər. Onlar Mensonun əmri ilə qətllər törətdiklərini deyiblər. Çarlz Mensonun özü də bir neçə nəfəri öldürmüşdü.

Şeron Teyti öldürəndən sonra "Ailə" Los-Ancelesdə məşhur bərbəri, kafe sahibini və sektanın sıravi üzvlərinin tanımadıqları bir neçə nəfəri qətlə yetirmişdilər.

Məhkəmənin qərarı ilə 9 ömürlük həbs cəzası almış Çarlz Menson barədə filmlər və seriallar çəkilib.