Nazirlik: Zığ qəsəbəsindəki uçqun hadisəsi sürüşmə ilə əlaqəli deyil


Digərləri 20 Noy 2017 15:17:00 315 0

Nazirlik: Zığ qəsəbəsindəki uçqun hadisəsi sürüşmə ilə əlaqəli deyil

Zığ qəsəbəsində 43 saylı binanın qarşısında baş verən uçqun hadisəsi sürüşmə ilə əlaqəli deyil.

Ötən həftə Zığ qəsəbəsində 43 saylı binanın qarşısında baş verən uçqun hadisəsi sürüşmə ilə əlaqəli deyil. Bunu trend-ə ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, həmin ərazidə tikilən istinad divarın içində kollektor çəkmək istərkən həmin divar uçub: “Yəni qazılmış ərazidə uçqun baş verib. Bu, sürüşmə deyil”. Qeyd edək ki, noyabrın 17-də Bakının Suraxanı rayonu Zığ qəsəbəsində, 43 saylı binanın qarşısında baş verən uçqun zamanı 1 fəhlə torpaq altında qalıb. Fəhlə xilas edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin