Məmmədyarov: "Dağlıq Qarabağla bağlı bütün ideyalar danışıqlar masasındadır"


Siyasət 20 Noy 2017 13:55:00 292 0

Məmmədyarov: "Dağlıq Qarabağla bağlı bütün ideyalar danışıqlar masasındadır"

Dağlıq Qarabağla bağlı bütün ideyalar danışıqlar masasındadır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

Nazir vurğulayıb ki, bu, asan məsələ deyil: "Status-kvo qəbuledilməzdir və dayanıqlı deyil. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasını tələb edir".

Azərbaycan XİN rəhəbri əlav edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün həll yollarını tapmaq lazımdır.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində