Səidə onları bəyənmədi: “Qıdıqlamadı, nə edim?”


Şou-biznes 20 Noy 2017 13:35:00 309 0

Səidə onları bəyənmədi: “Qıdıqlamadı, nə edim?”

Müğənni Səidə Sultan "ATV maqazin onlarla" verilişinin "Hit parad" rubrikasının qonağı olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı 10-luğu müəyyənləşdirən zaman bəstəkar Faiq Sücəddinovun iki mahnısını ən sonuncu yerdə görüb. 

O, Sevda Yahyayevaya söz ataraq "Sən ola ola" bəstəsini 10-cu yerə layiq görüb:

"Bir-birimizə qarşı mənfi fikirdə idik, zəhləmiz gedirdi, sevmirdik. Sevda sakit bir insandır. Amma sakit insanın da "saman altı su yeritmək" söhbəti var. Mahnısını sevmədim, saatlarla qulaq asa bilmərəm. Faiq Sücəddinov, (red: mahnının bəstəkarı) axır vaxtla şou-biznesdə hamıya mahnılar verir. Bəs mən?"