Azərbaycanda məktəbdə ölümə səbəb olan davanın TƏFƏRRÜATLARI VİDEO


Digərləri 20 Noy 2017 13:26:00 302 0

Azərbaycanda məktəbdə ölümə səbəb olan davanın TƏFƏRRÜATLARI  VİDEO

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə şagirdlər arasında ölümlə nəticələnən davanın bəzi təfərrüatları məlum olub. 

Son.az baku.ws-yə istinadən xəbər verir ki, Space TV-nin efirində yayımlanan "Hadisə harada Tahirə orada" verilişinin çəkiliş qrupu həmin məktəbdə olub. 

Məlum olub ki, dava məktəbdən kənarda baş verib. Dava edən 9-cu sinif şagirdləri isə məktəbə gəlmir. 

Dava zamanı şagirdləri ayırmaq istəyən məktəbin xadiməsi, 45 yaşlı Sevda Nəzəriyevaya davada iştirak edənlərdən birinin təpiyi dəyib. 

O, Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib. Ciyər və dalaq nahiyəsindən xəsərətlər alan xadimə əməliyyat masasında ölüb.