Lavrov: "Qarabağ münaqişəsi heç kimi razı salmır"


Siyasət 20 Noy 2017 13:19:45 268 0

Lavrov: "Qarabağ münaqişəsi heç kimi razı salmır"

"Vasitəçi kimi onun həlli üçün yollar axtarmağa davam edəcəyik"

"Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu heç kimi razı salmır, bu münaqişənin həlli yollarını axtarmalıyıq".

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündən sonra Bakıda keçirilən brifinqdə deyib.

"Vasitəçi kimi münqişənin son görüşlərdə əldə olunmuş və hamını razı salan razılaşmalar əsasında həlli üçün yollar axtarmağa davam edəcəyik", - S.Lavrov qeyd edib.