“Sərhədsipər” əməliyyatı başa çatdı


Siyasət 20 Noy 2017 12:53:00 237 0

“Sərhədsipər” əməliyyatı başa çatdı

Azərbaycan-Rusiya sərhədində keçirilən "Sərhəd-sipər" əməliyyatı yekunlaşıb.

Son.az APA-ya istinadən xəbər verir ki, noyabrın 13-də başlayan əməliyyat ötən gün axşam bitib.   Qeyd edək ki, əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən keçirilib.   Əməliyyatlarla əlaqədar Rusiya ilə sərhəd rayonlarında polis postları qurulmuşdu. Bir həftə davam edən əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarət olub.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində