Ucarda qohumuna hədə-qorxu gələn şəxs saxlanılıb


Sosial 20 Noy 2017 12:33:52 234 0

Ucarda qohumuna hədə-qorxu gələn şəxs saxlanılıb

Faktla bağlı araşdırma aparılır

Ucar rayonunda qohumuna hədə-qorxu gələn şəxs saxlanılıb. 

Bu barədə "Report" Şirvan bürosuna Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib. 

Məlumata görə, DİN-in “102 Zəng Mərkəzi”ndən Ucar Rayon Polis Şöbəsinə rayon sakini Fariz Əhmədovun yeznəsi Rövşən Kərimov tərəfindən bıçaqla hədələnməsi barədə məlumat daxil olub.

Ucar RPŞ-nin əməliyyat qrupu dərhal hadisə yerinə gəlib. Rövşən Kərimov bıçaqla əməkdaşlara müqavimət göstərərək qaçmağa cəhd göstərib. Lakin zərərsizləşdirilərək şöbəyə gətirilib. Araşdırmalarla R.Kərimovun narkotik aludəçisi olduğu da müəyyən olunub. Əvvəllər məhkum olmuş bu şəxsin avtomobilinə baxış zamanı oradan 8 bükümdə narkotik vasitə-heroin və beşbarmaq aşkar edilərək götürülüb.

Faktla bağlı Ucar RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.