Ermənistanın məşhur dissidenti və siyasətçisi aclıq aksiyasına başlayıb


Dünya 20 Noy 2017 12:17:03 268 0

Ermənistanın məşhur dissidenti və siyasətçisi aclıq aksiyasına başlayıb

Paryur Ayrikyan Mərkəzi Seçki Komissiyanın cavabına etiraz olaraq aclıq aksiyası keçirir

Ermənistan “Milli Özünütəyin” Birliynin lideri, sovet hakimiyyəti dövrünün məşhur dissidenti, prezidentliyə sabiq namizəd Paryur Ayrikyan aclıq aksiyasına başlayıb. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, noyabrın 20-də səhər saatlarında aclıq elan edib.

P.Ayrikyan aksiyanı ölkənin Mərkəzi Seçki Komissiyasının binası qarşısında keçirir.

Birlik lideri Ermənistanda konstitusiya islahatı ilə bağlı Təşəbbüs Qrupu yaratamaq üçün imza toplamaq istəyib. Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyasından isə ona bildiriblər ki, “Referendum haqqında” qanunda vətəndaş Təşəbbüs Qrupunun yaradılması nəzərdə tutulmayıb. P.Ayrikyan komissiyanın bu cavabına etiraz olaraq aclıq aksiyasına başlayıb.