Bakıda Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilir FOTO


Digərləri 20 Noy 2017 12:19:00 281 0

Bakıda Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilir  FOTO

Bu gün Bakıda Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, forumun açılışında Baş nazirin müavini Əli Əhmədov, ilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan və digər rəsmi şəxslər, ictimai xadimlər iştirak edirlər.

Tədbirdə Baş nazirin müavini Əli Əhmədov Prezident İlham Əliyevin Azərbaycan Uşaqlarının IV Ümumrespublika Uşaq Forumunun iştirakçılarına təbrik məktubunu oxuyub.