Baş katib: "ATƏT Dağlıq Qarabağ münaqişəsinin tərəflərini məsələnin həllinə məcbur edə bilməz"


Siyasət 20 Noy 2017 12:03:59 269 0

Baş katib: "ATƏT Dağlıq Qarabağ münaqişəsinin tərəflərini məsələnin həllinə məcbur edə bilməz"

Tomas Qreminger: "Minsk qrupu tərəflər üçün yeganə formatdır"

"Həlli uzanmış Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının yeganə yolu tərəflərin dürüst niyyətlə danışıqlar masasına qayıtmasından keçir".

"Report" xəbər verir ki, bunu ATƏT-in Baş katibi Tomas Qreminger "İnterfaks"a müsahibəsində deyib.

"ATƏT dialoq üçün platforma təmin edir və tərəfləri uzunmüddətli sülhə nail olmaq üçün dəstəkləyir. Bunun üçün isə tərəflərin əsl siyasi iradə göstərməsi lazımdır. Münaqişə tərəflərinin yalnız özləri sülh yolu ilə həllə nail ola bilər. ATƏT tərəfləri münaqişənin həllinə məcbur edə bilməz", - o bildirib.

O, bu baxımdan oktyabrın 16-da Vyanda ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında baş tutan və bir ildən çox müddətdə bu səviyyədə ilk birbaşa görüş olan Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü alqışlayıb.

"Üç həmsədrin rəhbərliyi altında Minsk qrupu tərəflər üçün yeganə tanınmış formatdır. Bu formata ATƏT-in bütün üzv ölkələri tərəfindən tam etimad göstərilir", - T.Qreminger qeyd edib.