2018ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq


Digərləri 20 Noy 2017 11:51:00 246 0

2018ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq

Sabahdan - noyabrın 21-dən Azərbaycan Milli Məclisinin (MM) plenar iclaslarında 2018-ci ilin dövlət büdcəsi layihəsi müzakirə olunacaq.

Son.az report-a istinadən xəbər verir ki, noyabrın 23-dək davam edəcək plenar iclaslarda Baş nazir Artur Rasi-zadə başda olmaqla, hökumət üzvləri iştirak edəcəklər. Plenar iclasın yekununda 2018-ci ilin dövlət və icmal büdcəsi layihələrinin təsdiqi gözlənilir.