Bakıda Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilir (FOTO)


Digərləri 20 Noy 2017 11:48:42 240 0

Bakıda Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilir (FOTO)

Bakıda Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilir.

Bakı. İlhamə İsabaleyva - Bu gün Bakıda Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilir. Trend-in məlumatına görə, forumun açılışında Baş nazirin müavini Əli Əhmədov, ilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan və digər rəsmi şəxslər, ictimai xadimlər iştirak edirlər. Tədbirdə Baş nazirin müavini Əli Əhmədov Prezident İlham Əliyevin Azərbaycan Uşaqlarının IV Ümumrespublika Uşaq Forumunun iştirakçılarına təbrik məktubunu oxuyub. Qeyd edək ki, bu tədbirə Azərbaycanın bütün şəhər və rayonlarından 6-18 yaş arası 380 uşaq qatılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin