Azərbaycan Prezidenti: "Siz uşaqlar xoşbəxtsiniz ki, yeni minilliyə müstəqil qədəm qoymuş ölkəmizdə dünyaya göz açmısınız"
Sosial 20 Noy 2017 11:30:06 287 0
Prezident İlham Əliyev: "Əminəm ki, düşmən təxribatına qurban olmuş günahsız övladlarınızın qanı yerdə qalmayacaq"
"Report" xəbər verir ki, dövlət başçısının məktubunu baş nazirin müavini Əli Əhmədov oxuyub.
Məktubda deyilir: “Hörmətli forum iştirakçıları, əziz uşaqlar! Sizi – Uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçılarını, eləcə də ölkəmizin bütün uşaqlarını səmimi qəlbdən salamlayır və hamınıza ən xoş arzularımı çatdırır, hər birinizə can sağlığı, xoşbəxtlik və gələcək həyatınızda nailiyyətlər arzulayıram.Uşaqların taleyinə aid məsələlər hazırkı dünyada sabahını düşünən cəmiyyətin çox mühüm prioritetlərindədir.Ümummilli lider Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətimizin gələcəyidir, ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daim xüssusi qayğıı göstrilməlidir” sözləri bir an belə unudulmadan ölkəmizdə uşaq hüquqlarının ən etibarlı şəkildə qorunması üçün zəruri şərait yaradıb. Övladlarımızın yüksək mənəvi və sosial müdafiə mühitində böyüməsi müasir standartlara uyğun, keyfiyyətli təhsillə, tibbi xidmətlərlə təmin edilməsi və xalqımızın milli dəyərlərinə sadiq, mənən zəngin formalaşması Azərbaycan dövlətinin uşaqlarla bağlı ardıcıl siyasətini başlıca prinsiplərindəndir.Uğurla icra olunan çoxsaylı sosial yönümlü layihələr də bu amala xidmət göstərir. Uşaqların müdafiəsi ölkə konstitusiyasında, qanunvericlik və normativ hüquqi aktlarla tənzimlənir.Siz uşaqlar xoşbəxtsiniz ki, yeni əsrə və yeni minilliyə müstəqil qədəm qoymuş ölkəmizdə dünyaya göz açmısınız. Bu ölkənin gündən-günə daha güclü və daha qüdrətli olması sizin gələcək xoşbəxt və firavan həyatınızın təminatıdır.Azərbaycan qüdrətli inkişaf yolundadır. İndiki nəsil qüdrətli Azərbaycanı məhz sizə etibar edəcək.Dövlətimiz Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində hüquqları kobud surətdə pozulmuş qaçqın və məcburi köçkünlərimizin, onların uşaqlarının müdafiəsi naminə öz qüvvəsini səfərbər etmişdir. Əminəm ki, düşmən təxribatına qurban olmuş günahsız övladlarınızın qanı yerdə qalmayacaq, erməni təcüzüvvüzə son qoyulacaq, Azərbaycanın haqq işi qalib gələcək.
Ümidvaram ki, forum çərçivəsində aparılacaq müzakirələr ölkəmizdə uşaqlarla bağlı dövlət siyasətini layiqincə həyata keçirilməsinə öz töhfəsini verəcək.Mən sizi bu forumu açılış münasibətilə və beynəlxalq uşaqlar günü münasiti ilə təbrik edirəm".