Sergey Lavrov: "Azərbaycan və Rusiya strateji tərəfdaşdır"


Siyasət 20 Noy 2017 11:31:13 251 0

Sergey Lavrov: "Azərbaycan və Rusiya strateji tərəfdaşdır"

Rusiya XİN başçısı: "Ölkələrimiz arasında Putin ilə Əliyev arasındakı etibarlı dialoqun da təsir etdiyi qarşılıqlı anlaşma var"

"Azərbaycan və Rusiya strateji tərəfdaşdır".

"Report" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda "ADA" Akademiyasında çıxış edərkən deyib.

S.Lavrov qeyd edib ki, iki ölkə arasında fəal əməkdaşlıq qurulub və bunu ticarət dövriyyəsinin rəqəmləri ilə də görmək olar.

"Ölkələrimiz arasında Putin ilə Əliyev arasındakı etibarlı dialoqun da təsir etdiyi qarşılıqlı anlaşma var", - Rusiya XİN başçısı bildirib.

Beynəlxalq çağırışlar barədə danışan S.Lavrov uzun müddətdir davam edən münaqişələri, eləcə də beynəlxalq terrorizmin artmasını xüsusi vurğulayıb.

"Terrorizmin öhdəsindən yalnız birlikdə mübarizə aparmaqla gəlmək olar", - o əlavə edib.