66 yaşlı qadını qohumu bıçaqladı


Kriminal 20 Noy 2017 11:39:00 264 0

66 yaşlı qadını qohumu bıçaqladı

Qəbələ rayonunda qadın yaşadığı evdə bıçaqlanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Qəbələ şəhərinin İ.Qutqaşınlı küçəsindəki 17 saylı mənzildə qeydə alınıb.   Rayon sakini, 1951-ci il təvəllüdlü Xasməmmədova Elmira Abdurrəhman qızı yaxın qohumu tərəfindən bıçaqlanıb.   Qadın çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq cərrahiyyə əməliyyatı olunub. Hazırda reanimasiya şöbəsində olan 66 yaşlı E.Xasməmmədovanın vəziyyəti ağır olaraq qalır.   Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.   Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.