Bəy toy gecəsi qorxusundan gəlini qoyub qaçdı


Dünya 20 Noy 2017 10:50:00 370 0

Bəy toy gecəsi qorxusundan gəlini qoyub qaçdı

Türkiyənin Manisa şəhərinin Yuntdağı ərazisində ənənəvi "toy işgəncəsi" səbəbiylə toydan sonra ona ediləcəklərdən qorxan bəy gəlini qoyub, qaçıb.

Son.az Haberler-ə istinadən xəbər verir ki, Yunusemre qəsəbəsində dolanışığını əkinçiliklə təmin edən Ferhat Balaban (26), Berivan Aksoy (26) ilə ailə həyatı qurub. Gənc cütlüyün toy mərasimi keçirilib.

Toydan sonra adətlərinə görə "sağdişlərin"in ona edəcəklərindən xəbərdar olan bəy gəlinin evə gətirildiyi məqamda evin arxa qapısından qaçıb.

Bəyin "sağdiş"i Cihan Balaban adətlərinə görə məhəllədə evlənən hər bəyə "işgəncə" edildiyini bildirərək, ilk dəfə bir bəyin məhəlləni tərk etdiyini deyib.

Digər "sağdiş"lərlə səhərə qədər gözləyəcəklərini deyən Balaban fikirlərinə bu sözlərlə davam edib:

"İllərdir bizim məhəllənin bir adət-ənənəsi var. "Sağdiş"lər olaraq toyun gözəl olması üçün əlimizdən gələn hər şeyi etdik. Bu zamana qədər görünməmiş bir şey oldu. Bəy qaçdı. Ötən illərdə bizə qarşı edilən işgəncələrin əvəzini çıxarmaq istəyirik. Bəyi tapıb, gətirənə və ya gizləndiyi yeri deyənə 500 lirə veriləcək.

Bəyin atası oğlunun toy axşamı qaçmağına səbəb olan "sağdiş"lərdən polisə şikayət edəcəyini deyib.


Xəbərə aid fotolar