Uşaqlarını atıb, evdən qaçan qızını şalıyla boğdu VİDEO


Dünya 20 Noy 2017 09:53:58 272 0

Uşaqlarını atıb, evdən qaçan qızını şalıyla boğdu  VİDEO

50 yaşlı ata 19 yaşlı qızını şalıyla boğaraq öldürüb.

Son.az Haberler-ə istinadən xəbər veri ki, Türkiyənin Sakarya rayonunda, evli və 2 uşaq anası olan qızını yatağında şalıyla boğaraq öldürən ata polisə zəng edib "Qızımı öldürdüm, gəlin məni aparın" deyib.

Olay ötən gecə Mithatpaşa Məhəlləsində baş verib. İsmail Serbest iddiaya görə, ərinin həbs olunmasından sonra uşaqlarını atıb, evdən qaçan qızı Ümmügül Mələyi bir həftə öncə taparaq, evə gətirib.

İsmail gecə saatlarında evdə hər kəs yatdığı zaman qızının otağına girib. Qızını şalıyla boğaraq, öldürdükdən sonra polisə zəng edən İsmail Serbest "Qızımı öldürdüm. Gəlin, məni aparın" deyib.

Evə gələn polislər gənc qadının cansız bədəniylə qarşılaşıblar. Saxlanılan Serbest qızının tez-tez evdən qaçdığını bildirib.