Mingəçevirdə 62 yaşlı kişi cəsədi aşkarlanıb


Sosial 20 Noy 2017 08:59:09 245 0

Mingəçevirdə 62 yaşlı kişi cəsədi aşkarlanıb

Onun avtomobil tərəfindən vurularaq öldüyü bildirilir

Mingəçevirdə meyit tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, "Mingəçevir stansiyası" adlanan ərazidə, körpünün altında kişi meyiti aşkarlanıb. 

Araşdırmalar nəticəsində onun Ucar rayon Qazyan kənd sakini, 1955-ci il təvəllüdlü Tofiq Abdulhüseyn oğlu Hüseynov olduğu məlum olub. İlkin ehtimallara görə, onun avtomobil tərəfindən vurularaq öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.