Sakit Okeanda 7,3 bal gücündə zəlzələ baş verib


Dünya 20 Noy 2017 08:11:00 253 0

Sakit Okeanda 7,3 bal gücündə zəlzələ baş verib

Sakit Okeanda Yeni Kaledoniya sahillərində 7,3 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi var.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ABŞ Geoloji xidməti xəbər verir.

Təkanlar UTC vaxtı ilə bazar günü saat 22.43-da qeydə alınıb. Zəlzələnin episentri Tadin şəhərindən 69 kilometr şimal-şərqdə yerləşib, ocağı 25 kilometr dərinlikdə olub.