Bu təhqir qəbul oluna bilməz


Siyasət 20 Noy 2017 07:14:00 220 0

Bu təhqir qəbul oluna bilməz

"Reallıq odur ki, son zamanlar Türkiyə-NATO, ümumiyyətlə isə Türkiyə-Qərb arasında açıq şəkildə anlaşılmazlıq, bəzən hətta qarşıdurma müşahidə olunur. Məsələn, hazırda ABŞ-Türkiyə münasibətlərində gərginlik var. Çünki 15 iyul 2016-cı il hadisələrindən sonra Türkiyə Amerikaya qarşı mənfi mövqedə dayanıb, onun bəzi addımlarını dəstəkləmir. Hər halda bu cür münasibətlər strateji müttəfiqlik səviyyəsindən uzaqlaşır.  Eyni zamanda uzun illər ərzində Türkiyənin Avropa Birliyinə qəbul edilməməsi də Qərbə qarşı inamsızlığı artırıb. Bu fonda Rusiya ilə münasibətlərdə yaxınlaşma Türkiyənin maraqlarına cavab verir. Xüsusilə hərbi-texniki əməkdaşlıq, enerji layihələrinin həyata keçirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və s. diqqəti cəlb edir".

Bunu Son.az-a açıqlamasında politoloq, professor Fikrət Sadıxov son zamanlar NATO-Türkiyə münasibətlərində yaranmış gərginliyi şərh edərkən deyib.

Politoloqun fikrincə, son olaraq NATO-nun Norveçdə keçirilən təlimində Atatürk və Ərdoğanın şəkillərinin hədəf yerinə qoyub güllələnməsi isə birmənalı olaraq Türkiyə üçün təhqirdir:

NATO təlimində Ərdoğan və Atatürkün fotoları atış üçün hədəf kimi seçildi - Türkiyə hərbçilərini geri çağırdı "Mənə belə gəlir ki, NATO-dakılar bu təhqiri bilərəkdən ediblər. Çünki ola bilməz ki, onlar həmin şəkillərin kimə məxsus olduğunu bilməsinlər. Bəlkə də onların arasında Atatürkü kimsə yaddan çıxarıb, amma Ərdoğan yaddan çıxa və tanınmaya bilməzdi. Çünki o, dünyada fəal və tanınmış dövlət başçılarından biridir. NATO-nun bununla bağlı etdiyi üzrxahlığa da baxmayaraq, hesab edirəm ki, burada dərin narazılıq hissləri var. Lakin bu hisslər belə şəkildə biruzə verilməməlidir. Onlar Türkiyənin mövqeyi, siyasəti ilə razı deyillərsə, bu narazılığı başqa cür ifadə etmək lazımdır. Türkiyə dünyada aparıcı dövlətlərdən, NATO-dakı əsas qüvvələrdən biridir və ona qarşı belə təhqiramiz addımlar atmaq etikadan kənardır və yolverilməzdir. Ona görə də Türkiyə tərəfi düzgün edib ki, həmin təlimlərdə iştirak edən bütün hərbçilərini geri çağırıb".

NATO-nun müttəfiqi olan Türkiyə indi hədəfə çevrilir F.Sadıxov hesab edir ki, NATO-Türkiyə münasibətlərinin yaxın gələcəkdə yaxşılaşacağı gözlənilmir: "Düzdür, Türkiyə NATO-dan çıxmayacaq, mən buna qəti inanmıram, amma artıq onlar arasında çat yaranıb və bu çat getdikcə dərinləşə bilər. Ona görə də, yaxın gələcəkdə bu gərginlik hələ bir müddət də davam edəcək. Lakin əgər NATO, ABŞ və digər Qərb ölkələri Türkiyəyə qarşı siyasətlərini, qərəzli mövqelərini dəyişməsələr, vəziyyət Qərb üçün daha təhlükəli və xoşagəlməz olacaq. Çünki bu alyansdan çıxmasa da, orada güclülərdən biri kimi öz xüsusi mövqeyi olan Türkiyə hər halda heç vaxt NATO-da sözəbaxan oyunçuya çevrilməyəcək".

İlkin İzzət

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində