Bakıda orta yaşlı kişi yaşadığı evdə bıçaq xəsarəti alıb


Sosial 20 Noy 2017 05:46:06 292 0

Bakıda orta yaşlı kişi yaşadığı evdə bıçaq xəsarəti alıb

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır

Bakıda orta yaşlı kişi yaşadığı evdə bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Maştağa qəsəbəsi, Nizami küçəsi ev 5 ünvanında 1963-cü il təvəllüdlü Sadıqov Hüseynqulu Əlmədət oğlu mübahisə zəminində bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.