Sakit Okeanda 7,3 bal gücündə zəlzələ baş verib


Digərləri 20 Noy 2017 04:03:16 243 0

Sakit Okeanda 7,3 bal gücündə zəlzələ baş verib

Sakit Okeanda Yeni Kaledoniya sahillərində 7,3 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi var

Bakı. Sakit Okeanda Yeni Kaledoniya sahillərində 7,3 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi var. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ABŞ Geoloji xidməti xəbər verir. Təkanlar UTC vaxtı ilə bazar günü saat 22.43-da qeydə alınıb. Zəlzələnin episentri Tadin şəhərindən 69 kilometr şimal-şərqdə yerləşib, ocağı 25 kilometr dərinlikdə olub. Dağıntılar, ölən və yaralanlar haqqında məlumatlar daxil olmayıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin