Bakıda 16 mərtəbəli binadan bahalı avtomobilin üzərinə paltaryuyan maşın atdılar


Kriminal 20 Noy 2017 01:52:00 323 0

Bakıda 16 mərtəbəli binadan bahalı avtomobilin üzərinə paltaryuyan maşın atdılar

Bakıda binadan avtomobilin üzərinə paltaryuyan maşın atıblar.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, "Moskva" univermağının yaxınlığındakı binanın qarşısında baş verib. Həmin binanın 8-ci mərtəbəsinin eyvanından atılan paltaryuyan maşın həyətdə dayanan "LEXUS" markalı bahalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları gəlib.