Günün qoroskopu: o qədər də əlverişli gün deyil


Digərləri 20 Noy 2017 00:01:00 253 0

Günün qoroskopu: o qədər də əlverişli gün deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - əqli əmək, maraqlı fəlsəfi mövzularda düşüncələr üçün əlverişli gündür. Təhsildə və elmi tədqiqatlarda uğur ehtimalı yüksəkdir. Ciddi ədəbiyyatın mütaliəsi, eləcə də, dünyagörüşünün artırılmasına yardım edən digər məşğuliyyətlər tövsiyə olunur. Yeni tanışlıqlar qurmaq olar. Amma istisnasız olaraq ağıllı, erudit, yaxşı təhsilli adamlarla. Vacib xəbərlərin alınması mümkündür. Kübar və ictimai tədbirlərdə iştirak mümkündür. Siz insanlarla asanlıqla dil tapacaq, ətrafdakıların rəğbətini qazanacaqsınız.

Buğa - əlverişsiz gündür. Taledən hədiyyə, ətrafdakılardan xoş sürprizlər gözləməyin. Nail olmadığınız hər şeyi yalnız öz gücünüzlə əldə edə bilərsiniz. Təbii ki, bu yorucudur. Hansısa yeni layihə üzərində işə başlanması mümkündür. İlk addımlar çətin olacaq. Yaxınlarınızla münasibətlərdə ciddi problemlər yarana bilər. Sizin davranışınızdakı olduqca kəskin dəyişiklik ətrafdakıları çıxılmaz vəziyyətə salacaq. Davranışlarınızın nədən yarandığını izah etməyə çalışın.

Əkizlər - bu gün işgüzar məsələlərin həlli üçün yaxşı gündür. Həyat potensialı, enerjiniz və mənəvi gücünüz  yüksəkdir. Bu, uğur əldə etmək üçün lazım olacaq. Yeni çətin işlər meydana çıxacaq. Amma onların öhdəsindən əla gələcəksiniz. Siz hədəfə doğru qətiyyətlə irəliləyirsiniz, heç nə və heç kim sizi bu yoldan döndərə bilməyəcək. Başqa yerə köçmək, təmirə başlamaq olar. Siz cəmiyyət üçün faydalı nəsə etmək imkanını əldən buraxmayacaq və öz işinizin nəticəsindən razı qalacaqsınız. Yeni tanışlıqlar mümkündür.

Xərçəng - Dostlarla görüşlər, yaxınlarla ünsiyyət sevinc bəxş edəcək. Qonaq qəbul etmək üçün münasib gündür. Vacib məsələləri evdə müzakirə etmək tövsiyə olunur. Uğurlu bazarlıqlar mümkündür. Bu gün həm gündəlik istifadə üçün adi şeylər, həm də qeyri-adi, ekstravaqant nəsə almaq olar.

Şir - bütün qarşıdurma və münaqişələr kəskinləşəcək, ailə münasibətləri korlanacaq. Maliyyə mənzərəsi əlverişsizdir. Bu gün sövdələşmələrə getmək, iri bazarlıqlar etmək tövsiyə olunmur. Bundan başqa, təmirə başlamaq, başqa yerə köçmək və daşınmaz əmlakla bağlı sənədləri imzalamaq olmaz.

Qız - bu gün daha çox romantik görüşlər üçün münasibdir. Ulduzlar tənha Qızlara sevgi macəraları vəd edirlər. Artıq sevənlər isə münasibətlərə yeni və hər iki tərəf üçün xoş nəsə əlavə edə bilərlər. Həyat potensialı yüksəkdir. Gün nə qədər zəngin olsa da, axşam yorğunluq hiss etməyəcəksiniz. Bununla belə, bu gün faydalı işlərlə məşğul olmaq alınmayacaq. Bekarçılığa meyllilik çox güclü olacaq. Şirlər pulla asanlıqla vidalaşırlar. Odur ki, əbəs xərclər ehtimalı yüksəkdir.