Prezident İlham Əliyev: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır"
Siyasət 19 Noy 2017 22:06:18 259 0
Azərbaycan Prezidenti: "Ölkələrimizin dövlətlərarası münasibətlərindən çox məmnunuq"
"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 19-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı həmçinin ticari-iqtisadi sahədə yaxşı nəticələri qeyd edib: "Bu il bizdə ticarət dövriyyəsi, qarşılıqlı sərmayə qoyuluşu artıb. Nəqliyyat sahəsində yeni imkanlar açılır. Biz bu istiqamətdə, energetika sahəsində fəal işləyirik. Əlbəttə, humanitar sahə də bizim ənənəvi əməkdaşlıq sahəsidir. Düşünürəm ki, bizim münasibətlərimiz bütün qonşular və tərəfdaşlar üçün nümunə ola bilər.
Əlbəttə, bu gün həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlərdən danışacağıq. Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır".