"Benevento" Avropanın "Böyük beşlik" liqalarında antirekord sahibi oldu


İdman 19 Noy 2017 21:27:00 321 0

"Benevento" Avropanın "Böyük beşlik" liqalarında antirekord sahibi oldu

İtaliya A Seriyasının 13-cü turunda "Sassuolo"nu qəbul edən "Benevento" 1:2 hesabı ilə uduzub. Bu, "Stregoni"nin cari mövsümdə 13-cü məğlubiyyəti olub. Goal.az xəbər verir ki, yüksək dəstəyə bu il vəsiqə qazanan klub Avropanın "Böyük beşlik" liqalarında antirekordu yeniləyib. Bura qədər mövsümə ən pis start "Manchester United"ə məxsus idi. "Qırmızı şeytanlar" 1930/31 mövsümünün ilk 12 oyunundan xal toplaya bilməmişdi.