Ömrü uzadan italyan PƏHRİZİ


Digərləri 19 Noy 2017 19:41:00 320 0

Ömrü uzadan italyan PƏHRİZİ

İtaliyada yerləşən Pioppi bütün dünyanın ən sağlam kəndi kimi tanınır. Çünki bu kəndin sakinləri 100 yaşına qədər sağlam ömür sürür. Təbii ki, bunun bir neçə sirri var.

Son.az ömrü uzadan Pioppi pəhrizi ilə tanış edir. Pioppi xalqı şokolad, yağlı qatıq və qırmızı şərab istehlakı ilə məşğul olur. Bundan başqa dünyanın ən sağlam kəndi kimi daha çox şöhrət qazanıb. Bazar ertəsi Səhər yeməyi: Sadəcə, qəhvə, ya da kakos kremi Günorta: Göbələkli omlet, hind qozlu qəhvə Günortadan sonra: Konserv istridyə, çiyələk, yağlı qatıq, bir ovuc fındıq və darçın Axşam: İspanaq və avokadolu bifşteks, 2 dilim tünd şokolad, bir stəkan çay Çərşənbə axşamı Səhər yeməyi: Təkcə hindqozlu qəhvə Günorta: Qızarmış pomidor və hellim (pendir növü), toyuq suyunda tərəvəz şorbası, yağlı balıq və hindqozlu qəhvə Axşam: Tərəvəzlərlə birlikdə qızardılmış balıq, iki dilim tünd şokolad və bir stəkan çay Çərşənbə Səhər yeməyi: Hindqozlu qəhvə Günorta: Yağlı, hindqozlu və çiyələkli qatıq, bir ovuc fındıq, darçın, sarıkök və hindqozlu qəhvə. Cümə axşamı Səhər yeməyi: 2 və ya 3 yumurta, qızarmış balıq, avokado, hindqozlu qəhvə Günorta: Kefir və ya hindqozlu smuzi, bir çimdik darçın, sarıkök və nanə Axşam: Sızma zeytun yağı ilə hazırlanmış toyuq şorbası, kakos bombası (kakao, darçın, hindqozu yağı, kakos kremi, fındıq) bir stəkan çay Cümə Səhər yemək: Basdırmalı yumurta, avokado, hind qozlu qəhvə Günorta: Balıq şorbası Axşam: Aşağı kalorili pitsa, kakos bombası, bir stəkan çay Şənbə Səhər yeməyi: Fındıq əzməli omlet, çiyələk və yağlı qatıq, hindqozlu qəhvə Günorta: Aralıq dənizi salatı Axşam: Qızarmış toyuq, şirin kartof, kakos bombası və bir stəkan çay Bazar Səhər yeməyi: Qızarmış balıq, omlet, avokado və hindqozlu qəhvə Günorta: Kefir və ya hindqozlu smuzi Axşam: Bişirilmiş balıq, tərəvəz, fındıq. Pioppi kəndisinin sakinləri hər səhər bir stəkan suya bir çay qaşığı alma sirkəsi əlavə edirlər. (publika.az)