Türkiyənin məşhur ağır atleti Naim Süleymanoğlu dəfn edilib FOTO


Dünya 19 Noy 2017 19:14:00 337 0

Türkiyənin məşhur ağır atleti Naim Süleymanoğlu dəfn edilib  FOTO

Ağırlıq qaldırma üzrə 3 dəfə olimpiya, 6  dəfə dünya çempionu olub saysız rekordlar qıran Türk  ağır atleti Naim Süleymanoğlu İstanbulda dəfn edilib.

Son.az APA-ya istinadən xəbər verir ki, günorta namazından sonra Naim Süleymanoğlunun Fateh məscidində qılınan dəfn namazında baş nazir Binəli Yıldırım, keçmiş baş nazir Əhməd Davudoğlu, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Akif Hamzaçebi, gənclik və idman naziri Osman Aşkın Bak, siyasət, sənət, idman dünyasının tanınmış şəxsləri, Süleymanoğlunun Bolqarıstandan gələn həmyerliləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Namazdan sonra Naim Süleymanoğlu Edirnekapı qəbiristanlığında Türkiyə Respublikası himninin sözlərinin müəllifi Mehmet Akif Ersoy ilə Gəncədən İstanbula köçən Rəfibəylilər ailəsinin qəbirlərinin arasında qazılmış məzara dəfn edilib. Dəfn mərasimində iştirak edən Türkiyənin gənclik və idman naziri O. A. Bak N. Süleymanoğlunun Türk idmanına verdiyi töhfələrin heç vaxt unudulmayacağını və adının əbədi yaşadılacağını vurğulayıb.


Xəbərə aid fotolar