İtaliyada 4,7 bal gücündə zəlzələ olub


Digərləri 19 Noy 2017 19:12:00 284 0

İtaliyada 4,7 bal gücündə zəlzələ olub

İtaliyanın mərkəzi hissəsində 4,7 bal gücündə zəlzələ baş verib

Bakı. İtaliyanın mərkəzi hissəsində 4,7 bal gücündə zəlzələ baş verib. Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Parma şəhərindən 26 kilometr cənub-qərbdə, ocağı isə 32 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin