"Ukraynanın baş naziri olmağa hazıram"


Dünya 19 Noy 2017 18:59:21 318 0

"Ukraynanın baş naziri olmağa hazıram"

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Yeni Qüvvələr Birliyi Partiyasının sədri Mixail Saakaşvili ehtiyac yaranarsa, Ukraynanın baş naziri olmağa hazır olduğunu bəyan edib.

APA-nın "NewsONE" telekanalına istinadən verdiyi məlumata görə, bundan öncə dəfələrlə Ukraynada hər hansı vəzifənin ona lazım olmadığını bildirən M. Saakaşvili bu gün Kiyevdə Ali Radanın binası qarşısında keçirilən aksiyada deyib ki, Ukraynaya yeni hakimiyyət lazımdır.

M. Saakaşvili birlikdə yeni hökuməti yaratmalı olduqlarını vurğulayıb: "Mən sizinlə birlikdə yeni prosesə rəhbərlik etməyə və əgər lazım olarsa, bu hökumətə başçılıq etməyə hazıram".