Salyanda hoteldə yanğın baş verib
Sosial 19 Noy 2017 18:24:01 309 0
Faktla bağlı araşdırma aparılır
Salyan rayonunda yanğın olub.
"Report"un yerli bürosu xəbər verir ki, axşam saatlarında Salyan şəhərinin mərkəzində fəaliyyət göstərən "Kür" hoteli yanmağa başlayıb.
Hadisə yerinə FHN-nin Salyan rayon Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürənlər cəlb olunub. Hazırda yanğının sömdürülməsi istiqamətində işlər görülür.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az