Şamaxıda maşın dərəyə aşıb, 4 nəfər xəsarət alıb


Sosial 19 Noy 2017 17:58:02 308 0

Şamaxıda maşın dərəyə aşıb, 4 nəfər xəsarət alıb

Yaralıların içərisində bir azyaşlı da var

Şamaxı-Qızmeydan yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, qəza minik avtomobilinin idarəetmədən çıxaraq 30 metr dərinliyində olan dərəyə yuvarlanması nəticəsində qeydə alınıb.

Qəza zamanı Göyçay rayonundan olan 1974-cü il təvəllüdlü sürücü Qurcalızadə Rahim Vahid oğlu, Bakı şəhər sakini Fərəcov Bayram Zakir oğlu (1988), onun həyat yoldaşı Fərəcova Fəridə Məhərrəm qızı (1989) və onların övladı Fərəcov Nihat Bayram oğlu (2013) xəsarət alıb. Sürücünün vəziyyəti ağırdır.