Saakaşvilinin sürücüsünü amansızcasına döydülər


Dünya 19 Noy 2017 17:58:00 306 0

Saakaşvilinin sürücüsünü amansızcasına döydülər

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili bildirib ki, noyabrın 19-na keçən gecə Odessada naməlum şəxslər onun sürücüsünü "amansızcasına döyüblər".

Virtualaz.org bildirir ki, bu baərədə M.Saakaşvili öz "Feysbuk" səhifəsində yazıb.

Onun sözlərinə görə, bütün cangüdənləri və fəaliyyətini işıqlandıran jurnalistlər Gürcüstana deportasiya edildikdən sonra o, "yalnız sürücü Vladimirlə qalıb".